Modern.az

Fransada 4 min nəfər SAXLANILIB

Fransada 4 min nəfər SAXLANILIB

5 İyul 2023, 22:15

Fransada ötən həftədən başlayan iğtişaşların qarşısı alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Gerald Darmanin məlumat verib.

 

O, ölkədəki vəziyyətin sakit olduğunu bildirib. Nazirin sözlərinə görə, iğtişaşlar zamanı 4 min nəfər saxlanılıb, saxlanılan şəxslərinin orta yaşı 17-dir. 

 

Nazir, həmçinin vurğulayıb ki, saxlanılan şəxslərin 10%-i Fransa vətəndaşı deyil.

 

İlkin hesablamalara görə, iğtişaşlar nəticəsində Fransa iqtisadiyyatına 1 milyard avrodan çox ziyan dəyib, 200 mağaza talan edilib, 300 bank filialı zədələnib.

 

Xatırladaq ki, Fransada etirazlar iyunun 27-də başlayıb. Buna səbəb 17 yaşlı Nahel adlı gəncin polis tərəfindən qətlə yetirilməsi olub. Aksiyalar səbəbindən Təhlükəli ərazilərdə əyləncə tədbirləri ləğv edilib, gecə saatlarında ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Bəzi kommunalarda komendant saatı tətbiq edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?