Çilidə 5,8 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Kalama şəhərindən 204 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 126 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.