Modern.az

Lvova raket hücumu - Ölənlər və yaralılar var

Lvova raket hücumu - Ölənlər və yaralılar var

6 İyul 2023, 09:12

Ukrayna gecə saatlarında Rusiya silahlı qüvvələri tərəfindən raket və kamikadze dronlarının hücumuna məruz qalıb.

 

Modern.az xəbər verir ki, iyulun 6-na keçən gecə paytaxt Kiyev daxil olmaqla ölkənin bütün ərazisi üzrə hava həyəcanı siqnalı çalınıb.

 

Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, raketlərdən biri Lvovda yaşayış binasına düşüb, hadisə zamanı insanlar dağıntılar altında qalıb. Hücum nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

Bildirilib ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

 

"Fövqəladə Hallar Dövlət Xidməti 7 nəfəri xilas edib, 64 nəfər təxliyə edilib. Xilasedicilər dağıntıların sökülməsini davam etdirirlər”, - rəsmi açıqlamada deyilir.

 

Qeyd edilib ki, Rusiyanın raket hücumları nəticəsində yaşayış binalarına, təxminən 60-a yaxın mənzil və 50 avtomobilə ziyan dəyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?