Portuqaliya prezidenti Marselo Rebelo de Sousa xəstəxanadan evə buraxılıb.
Modern.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
"Özümü yaxşı hiss edirəm", - deyə 74 yaşlı dövlət başçısı bildirib. O, tibb müəssisəsində iki dəfə analiz verməli olduğunu söyləyib. Prezident hadisəni təzyiqin aşağı düşməsi ilə əlaqələndirib.
Qeyd edək ki, iyulun 5-də keçirilən tədbir zamanı o, yıxılaraq xəstəxanalıq olmuşdu.