Modern.az

Baş Kəşfiyyat İdarəsinin bu işlərdə rolu yoxdur - Budanov

Baş Kəşfiyyat İdarəsinin bu işlərdə rolu yoxdur - Budanov

Dünya

6 İyul 2023, 10:39

Ukrayna kəşfiyyatının rəhbəri Kiril Budanov “Şimal axını”nın pozulmasında və ya Rusiyada səs-küylü qətllərdə Baş Kəşfiyyat İdarəsinin iştirakını təsdiqləməyib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “The Times” qəzetinə müsahibəsində deyib.

 

Bununla belə, Budanov qeyd edib ki, yaranmış vəziyyətdən istifadə edilməsi baş verə bilər.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu