Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) iyun ayında FETÖ ilə mübarizə statistikası açıqlanıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə məlumatı daxili işlər naziri Ali Yerlikaya verib.
"Ötən ay FETÖ-yə qarşı 513 əməliyyat keçirilib. 748 nəfər saxlanılıb, onlardan 130-u tutulub", - deyə DİN rəhbəri bildirib.
Oxşar əməliyyatların davam etdiriləcəyi vurğulanıb.