Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a səfəri çərçivəsində dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Derek Hoqanla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress"ə Təhlükəsizlik Şurasının ofisindən bildirilib.
Məlumata görə, Armen Qriqoryan və Derek Hoqan Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyini, o cümlədən iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Tərəflər regional təhlükəsizliyin qorunmasının, Ermənistan-Azərbaycan sülh danışıqlarının davam etdirilməsinin vacibliyini vurğulayıblar.