Modern.az

Lvova atılan raket Kiyevə düşməli idi - İqnat

Lvova atılan raket Kiyevə düşməli idi - İqnat

6 İyul 2023, 11:18

"Kalibr" raketi Kiyevə doğru atılmışdı, lakin sonra qəfil istiqamətini dəyişdi".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat telemarafonun efirində bildirib.

 

O, əslində Kiyevin hücuma məruz qalacağını söyləyib.

 

"Lakin onlar kəskin şəkildə qərbə dönüb Lvova istiqamətləndilər. Bir hissəsi qırıcılar tərəfindən məhv edilib", - o qeyd edib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu