Gürcüstan ərazisində Rusiya tərəfindən formalaşdırılmış separatçı Cənubi Osetiya "parlamentinin deputatları" Belarusa müraciət göndərilməsi barədə təklif veriblər.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə qondarma qurumun "parlamentinin" mətbuat xidməti məlumat yayıb.
Bu təşəbbüslə "parlamentin" toplantısında "deputat" Alan Texov çıxış edib. Onun sözlərinə görə, "Xarici İşlər Nazirliyi" bu məsələnin üzərində işləməlidir. Bundan sonra "qanunverici orqanın rəhbəri" Alan Alborov müvafiq profil üzrə ixtisaslaşmış komissiyanın "sədri" Zaza Driayevə göstəriş verib ki, təkliflə bağlı lazımi işlər yerinə yetirilsin.
Qeyd edək ki, Cənubi Osetiya Abxaziya ilə birgə Rusiya tərəfindən 2008-ci ildə tanınıb. Bundan sonra Rusiya ilə əməkdaşlıq edən bir sıra ölkələr də bu ölkələri tanımaq barədə qərar qəbul ediblər.