İtaliyanın iyunun 12-də dünyasını dəyişmiş sabiq baş naziri Silvio Berluskoninin yaxınlarına qoyduğu mirasın məbləği açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Belə ki, o, sonuncu həyat yoldaşı, partiyasının ("İrəli, İtaliya" adlanır) deputatı Marta Faşinə 100 milyon avro, qardaşı Paoloya 100 milyon avro, yaxın dostu, sabiq senator Mareçello Del Utraya isə 30 milyon avro vəsiyyət edib.
Qeyd edək ki, Berluskoni uzun müddət biznes fəaliyyəti ilə də məşğul olub.