Modern.az

Erməni nazir qızılcaya görə qonşuları günahlandırdı

Erməni nazir qızılcaya görə qonşuları günahlandırdı

Dünya

6 İyul 2023, 13:42

"Son bir həftə ərzində Ermənistanda qızılcaya 13 yoluxma faktı qeydə alınıb".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə bildirib.

 

O hesab edir ki, əslində qızılca epidemiyasını düzgün peyvəndlə bir neçə ay ərzində aradan qaldırmaq olar.

 

"İndi virusa yoluxma riski yüksək olan tibb işçiləri kütləvi şəkildə peyvənd olunur. Bununla belə, regiondakı gərgin vəziyyəti nəzərə alaraq, Ermənistana qızılca xəstəliyinin “idxal”ı prosesi hələ də davam edir", - nazir vurğulayıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu