Modern.az

Müharibədən sonra hərbi xidmətə çağırış olmayacaq - Baş nazir

Müharibədən sonra hərbi xidmətə çağırış olmayacaq - Baş nazir

Dünya

6 İyul 2023, 13:54

"Müharibədən sonra Ukrayna hərbi xidmətə çağırışdan imtina edəcək və müdafiənin əsasını peşəkar ordu təşkil edəcək".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

 

Baş nazir vurğulayıb ki, ordu məsələsində əsas prioritet Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bütün aspektlər üzrə NATO standartlarına keçidini başa çatdırmaqdır: "Texnika və silahlardan tutmuş planlaşdırma və təhlilə qədər".

 

Onun sözlərinə görə, peşəkar ordu Ukraynanın müdafiəsinin əsasına çevriləcək və ehtiyatın iki komponenti yaradılacaq. "Lakin hərbi xidmətə cəlb olunanların hamısı, çağırış olmamasına baxmayaraq, müəyyən edilmiş hərbi ixtisaslar üzrə daim icbari təlim keçəcəklər".

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu