Modern.az

Zelenski sabah Türkiyəyə gedir - Ərdoğan dəvət edib

Zelenski sabah Türkiyəyə gedir - Ərdoğan dəvət edib

Dünya

6 İyul 2023, 14:50

Ukrayna Prezidenti Volodimir Zelenskinin sabah Türkiyəyə səfər edəcəyi dəqiqləşib.

 

Modern.az xəbər verir ki, səfər Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

 

Məlumata görə, İstanbulda iki ölkə liderləri arasında təkbətək və geniştərkibli görüşlər olacaq. Tərəflər Ukrayna müharibəsi ilə bağlı son durum və “Taxıl sazişi”ni müzakirə edəcəklər.

***

Ukrayna Prezidenti Volodimir Zelenskinin iyulun 7-də Türkiyəyə səfəri planlaşdırılır.

 

Modern.az xəbər verir ki, onun sabah türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

 

Qeyd edək ki, səfərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu