Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Georgi Zakaraşvili Kiyevi tərk edib.
Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, ölkəsinə qayıdıb.
Qeyd edək ki, eks-prezident Mixail Saakaşvili ilə bağlı Ukrayna və Gürcüstan arasında diplomatik qalmaqal yaşandıqdan sonra dövlət başçısı Volodimir Zelenski səfirə 48 saat ərzində ölkəni tərk etməyi tövsiyə etmişdi.