Modern.az

Lukaşenko Tixanovskayanın ərinin ölümünü təkzib etdi - Cəsədini göstərin!

Lukaşenko Tixanovskayanın ərinin ölümünü təkzib etdi - Cəsədini göstərin!

Dünya

6 İyul 2023, 16:28

Belarus prezidenti Aleksandr Lukaşenko prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın həyat yoldaşı, həbsdə olan siyasətçi Sergey Tixanovskinin ölümü ilə bağlı yayılan xəbərləri saxta adlandırıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bundan əvvəl Tixanovskaya əri Sergeyin Jodzina həbsxanasında öldüyü barədə anonim mesaj aldığını bildirib.

 

Lukaşenkonun fikrincə, bu məlumat hansısa başqa mövzunu nəzərdən yayındırmaq üçün qəsdən hazırlanmış uydurmadır.

 

"Əgər bu doğrudursa, Tixanovskinin cəsədini göstərin", - o deyib.

 

Qeyd edək ki, Svetlana Tixanovskaya həbsdə olan həyat yoldaşının əvəzinə prezidentliyə namizədliyini irəli sürmüşdü. 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu