Ukrayna və Rusiya növbəti dəfə qarşılıqlı olaraq əsirləri dəyişdirib.
Modern.az "Meduza"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
O bildirib ki, 45 ukraynalı əsgər, o cümlədən "Azovstal"ın müdafiəçiləri əsirlikdən Ukraynaya qayıdıb.
Yermakın sözlərinə görə, həmçinin əvvəllər Rusiyaya aparılan iki uşaq - 6 yaşlı Renat və 10 yaşlı Varvara da Ukraynaya qayıdıb.
"Onların anası döyüş həkimidir və o, 2022-ci ilin oktyabrında böyük bir mübadilə zamanı azad edilib", - o qeyd edib.
Rusiya Müdafiə Nazirliyi də öz növbəsində 45 rus hərbçisinin əsirlikdən qayıtdığını bildirib.