Modern.az

Ukrayna NATO üzvü olmaq üçün bütün meyarlara cavab verməlidir - Kirbi

Ukrayna NATO üzvü olmaq üçün bütün meyarlara cavab verməlidir - Kirbi

Dünya

7 İyul 2023, 10:58

"NATO-ya daxil olmaq üçün Ukrayna təşkilatın bütün meyarlarına cavab verməlidir".

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

 

"Əlbəttə, biz NATO-nun açıq qapı siyasətinə inanırıq, lakin onu da qəbul edirik ki, NATO-ya üzv olmaq üçün hər bir ölkə müəyyən tələblərə cavab verməlidir və bu ölkə ilə alyans arasında ciddi müzakirə aparılmalıdır. Bu prosesə hörmətlə yanaşmaq lazımdır”, - o deyib.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu