Modern.az

Ərdoğan Zelenskidən sonra Putinlə görüşə bilər

Ərdoğan Zelenskidən sonra Putinlə görüşə bilər

7 İyul 2023, 13:00

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə danışıqlardan sonra rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “A Haber” kanalı məlumat yayıb.

 

Bildirilib ki, liderlər arasında görüş ehtimalı yüksəkdir. Məlumata görə, görüş ya Rusiyada, ya da Türkiyədə baş tuta bilər.

 

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Volodimir Zelenski Ərdoğanın dəvəti ilə Türkiyə səfər edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu