"Twitter" mikrobloqunun sahibi, amerikalı milyarder İlon Mask "Threads" platformasının işə başlamasına münasibət bildirib.
Modern.az xəbər verir ki, Mask yeni sosial şəbəkənin yaradılmasını normal qarşıladığını deyib.
"Rəqabət sağlam mühitdə olur. Bu, normal haldır. Ədalətsiz oyun qaydaları mövcud deyil", - o bildirib.
Məlumat üçün bildirək ki, "Facebook", "Instagram" və "WhatsApp"ın sahibi olan "Meta"nın baş direktoru Mark Zukerberq "Twitter"ə yeni rəqib sosial media platforması olan "Threads"i istifadəyə verib. "Threads"də ilk günündə 30 milyon istifadəçi qeydiyyatdan keçib.