Modern.az

Almaniya Ukraynaya kasetli bombaların verilməsinə qarşıdır

Almaniya Ukraynaya kasetli bombaların verilməsinə qarşıdır

Dünya

7 İyul 2023, 15:12

Almaniya Ukraynaya kaset sursatlarının göndərilməsinə qarşıdır. 


Modern.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok bildirib.


Onun sözlərinə görə, Almaniya kaset silahları haqqında konvensiyaya üzv olan 111 ölkədən biri kimi döyüş sursatlarının Ukraynaya verilməsinin əleyhinədir. ABŞ, Ukrayna və Rusiya isə konvensiyanı imzalamayıb.  


Qeyd edək ki, Oslo şəhərində imzalanan konvensiyaya əsasən, kaset sursatlarının istifadəsi, yığılması, istehsalı və ötürülməsi qadağan edilib.  

Xatırladaq ki, ABŞ Almaniya Ukraynaya kaset sursatlarının göndərilməsini təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi