Modern.az

NATO-nun yeni hərbi planı - Stoltenberqdən vacib mesajlar

NATO-nun yeni hərbi planı - Stoltenberqdən vacib mesajlar

7 İyul 2023, 15:44

"Zelenski Vilnüsdə keçiriləcək sammitdə Ukrayna-NATO Şurasının ilk iclasında iştirak edəcək".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq deyib.

 

O, çıxışı zamanı bir sıra məqamlara toxunub, önəmli mesajlar səsləndirib.

 

"NATO-nun yeni hərbi planlarına Avropada yüksək hazırlıq vəziyyətində 300 000 əsgər yerləşdirmək daxildir. NATO ölkələri hərbi xərclərin minimum məbləği kimi ÜDM-in 2%-ni təyin edəcək. 2023-cü ildə NATO ölkələri tərəfindən müdafiə xərcləri 8,3% artırılacaq. Bu, onilliklər ərzində rekord artımdır. Ukraynaya kaset sursatlarının tədarükü ilə bağlı qərarları alyans səviyyəsində deyil, müstəqil şəkildə NATO ölkələri qəbul etməlidir. NATO ölkələri Ukraynaya artilleriya mərmilərinin tədarükünü artıracaq. NATO qarşıdan gələn Vilnüs sammitində üç müdafiə planı qəbul edəcək. Alyans Ukraynaya yanacaq və dərmanlar da daxil olmaqla 500 milyon avroluq əlavə yardım paketi hazırlayır", - deyə baş katib qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu