Ukraynanın Donbas bölgəsində bir neçə il separatçıların döyüşçüsü olmuş Alessandro Bertolini ötən həftə İtaliyanın Milan hava limanında saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Bertolininin vəkili "RİA Novosti"yə bildirib.
O qeyd edib ki, müvəkkilinin ikili vətəndaşlığı var və Bertolini 2021-ci ildə Rusiya pasportu alıb. Ondan əvvəl isə qondarma "Donetsk XR" vətəndaşlığına dair sənədləri olub.
Onun sözlərinə görə, İtaliya tanımalıdır ki, Bertolininin Rusiya sərhədlərini qorumaq hüququ var, lakin məhkəmə bununla razılaşmasa, o zaman Bertolini İtaliya pasportundan imtina etməyə hazırdır.
İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 1-nə təyin edilib.