Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Macarıstanın Ermənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anna Mariya Şikonu qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Görüş zamanı enerji və nəqliyyat sahəsində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Həmçinin digər mövzularda da fikir mübadiləsi aparılıb.