Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna Ali Radasının deputatı, krımtatarların lideri Mustafa Abdulcəmil Krımoğlu ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi tviter səhifəsində məlumat verilib.
"Nazirimiz Hakan Fidan Krımtatar türklərinin lideri və Ukrayna millət vəkili Mustafa Krımoğlu ilə İstanbulda görüşüb", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, Krımoğlu Türkiyədə səfərdədir.
Bakanımız @HakanFidan, Kırım Tatar Türklerinin lideri ve #Ukrayna Milletvekili Mustafa Kırımoğlu ile #İstanbul'da görüştü. pic.twitter.com/PkvEhUuDmG
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) July 7, 2023