Modern.az

Ruslar Limanı atəşə tutub - 6 ölü, 5 yaralı

Ruslar Limanı atəşə tutub - 6 ölü, 5 yaralı

Dünya

8 İyul 2023, 12:47

Rusiya ordusu Ukraynanın işğal altındakı Donetsk vilayətinin Liman şəhərini atəşə tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Donetsk hərbi vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

 

Onun sözlərinə görə, hadisə nəticəsində azı 6 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Məlumata görə, şəhər MLRS-lə (reaktiv yaylım atəş sistemləri) vurulub.

 

Eyni zamanda ətrafdakı ev və mağazalara ziyan dəyib.

 

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış