Ukrayna prezidenti Volodimir Zelenski Azov döyüşçülərinin Türkiyədən ölkəyə qayıtdığını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
Bildirilir ki, hərbçilər 2022-ci ilin sentyabrında mübadilə nəticəsində rus əsirliyindən Türkiyəyə qaytarılıb.
Zelenski deyib ki, Azovun beş lideri razılaşmanın şərtlərinə görə, hərbi əməliyyatlar bitənə qədər Türkiyədə qalmalı olacaq.
Zelenski prezident aparatının rəhbəri Andrey Yermakla birlikdə ukraynalı hərbçiləri hava limanında qarşılayıb, sonra birlikdə təyyarəyə minib.
Xatırladaq ki, iyulun 7-də İstanbulda Zelenski ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar olub. Tərəflər Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsini, həmçinin Ukraynanın NATO-ya daxil olmasını müzakirə ediblər.