Modern.az

Almaniyada iğtişaşlar - 22 polis yaralandı

Almaniyada iğtişaşlar - 22 polis yaralandı

Dünya

8 İyul 2023, 23:21

Almaniyanın Gissen şəhərində keçirilən “Eritreya festivalı” zamanı iğtişaşlar baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Tagesschau" nəşri yazıb.

 

İğtişaşlar zamanı 22 polis əməkdaşı yaralanıb.

 

Təxminən 250 nəfərin iştirakı ilə ilk nümayiş iyulun 7-də axşam saatlarında baş tutub, bir nəfər zorakılığa təhrik etdiyinə görə saxlanılıb. Bu gün günortadan sonra şəhərin mərkəzində festivala qarşı mitinq başlayıb.

 

Polis iğtişaşları yatırmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, asayiş keşikçilərinə daş, tüstü bombası və butulkalar atılıb.

 

Nəticədə 200-ə yaxın adam qısa müddətə saxlanılıb, azı 60 nəfər nəzarətə götürülüb. İyulun 9-da tədbirdə 2,5 minədək insanın iştirak edəcəyi gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış