Modern.az

Avropanın ilk homoseksual prezidenti

Avropanın ilk homoseksual prezidenti

Dünya

8 İyul 2023, 23:51

Latviya parlamentində yeni prezident seçilib.

 

Modern.az xəbər verir ki, 2011-ci ildən xarici işlər naziri vəzifəsində çalışan Edqar Rinkeviç Latviya prezidenti kimi and içib.

 

Rinkeviç Ukraynanı Rusiyanın təcavüzünə qarşı müqavimətində dəstəkləməyə davam edəcəyinə söz verib. 

 

“Prezidentliyim müddətində müasir və güclü Latviyanın yaradılması, qanuni və ədalətli Latviya, xalqın rifahı, inklüziv və hörmətli cəmiyyətin yaradılmasını müdafiə edəcəyəm”, - o deyib.

 

Rinkeviç bu vəzifədə Egils Levitsi əvəz edib və artıq gələn həftə Vilnüsdə keçiriləcək NATO sammitində Latviyanı təmsil edəcək.

 

Qeyd edək ki o, homoseksual olduğunu açıq şəkildə bəyan edən Avropa İttifaqının ilk dövlət başçısı olub. 49 yaşlı Rinkeviç ilk dəfə 2014-cü ildə homoseksual olduğunu açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış