İsraildə məhkəmə islahatlarına qarşı yenidən etirazlar başlayıb.
Modern.az AP-yə istinadən xəbər verir ki, bu gün on minlərlə insan ölkə boyu şəhərlərin küçələrinə çıxıb.
Məlumata görə, Təl-Əvivin mərkəzində 150 minə yaxın insan toplaşıb, Qüds və digər böyük şəhərlərdə genişmiqyaslı mitinqlər keçirilib.
İsrailin baş naziri Benyamin Netanyahu mart ayında etirazlar fonunda məhkəmə islahatlarını dayandırıb, lakin iyun ayında islahatlarla bağlı müzakirələr yenidən başlayıb.