Modern.az

“Vaqner” Mərkəzi Afrika Respublikasını TƏRK EDİR

“Vaqner” Mərkəzi Afrika Respublikasını TƏRK EDİR

Dünya

9 İyul 2023, 10:16

“Vaqner” özəl hərbi şirkətinin (ÖHŞ) yüzlərlə muzdlusu Mərkəzi Afrika Respublikasını (MAR) tərk edib. Ölkədə isə bunun sadəcə rotasiyanın bir parçası olduğunu bildiriblər.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, “Vaqner” ÖHŞ-nin yüzlərlə muzdlusu Afrika ölkəsini tərk edib. Lakin MAR Prezidentinin mətbuat katibi Albert Yaloke Mokpem bunun “yekun tərketmə yox, rotasiya” olduğunu diqqətə çatdırıb: “Biri gedib, digəri gələcək”, - o vurğulayıb.

 

Ölkədə neçə rusiyalı muzdlunun qaldığı hələlik bəlli deyil. Orada 1 900-ə yaxın şəxsin fəaliyyətdə olduğu güman edilir.

 

Qeyd edək ki, “Vaqner” ÖHŞ rusiyalı sahibkar (eyni zamanda mətbuatda “Putinin aşpazı” kimi tanınır) Yevgeni Priqojın tərəfindən yaradılan və idarə olunan qeyri-dövlət silahlı qruplaşmasıdır. Qrup ağır texnika, artilleriya və hərbi aviasiya ilə silahlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış