Modern.az

G7 nazirləri Ukraynanın bərpası ilə bağlı RAZILAŞDILAR

G7 nazirləri Ukraynanın bərpası ilə bağlı RAZILAŞDILAR

Dünya

9 İyul 2023, 16:06

“Böyük Yeddilik” qrupunun (G7) şəhərsalma üzrə nazirləri Yaponiyanın qərbindəki Takamatsu şəhərində başa çatan danışıqlar zamanı Ukrayna infrastrukturunun bərpası üzrə razılığa gəliblər.

 

Modern.az NHK telekanalına istinadən xəbər verir ki, nazirlər, həmçinin istixana qazı emissiyalarının azaldılacağı şəhər mühitinin formalaşmasına töhfə verməyə razılaşıblar.

 

Qeyd edək ki, mayın 20-də G7 liderlərinin Xirosima sammitinin yekunlarına dair birgə bəyanatında 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına ehtiyac vurğulanır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış