Modern.az

Polşada Rusiya casusu olan ukraynalı TUTULDU

Polşada Rusiya casusu olan ukraynalı TUTULDU

Dünya

10 İyul 2023, 09:48

Polşa xüsusi xidmət orqanları Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilinən ukraynalının saxlandığını açıqlayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın xüsusi xidmət orqanlarının işini əlaqələndirən qurumun sözçüsü Mariuş Kaçinski məlumat verib.

 

Saxlanılan şəxs 2019-cu ildən Polşada olan Ukrayna vətəndaşıdır. Müstəntiqlərin fikrincə, o, ölkədə mühüm infrastruktura, o cümlədən hərbi obyektlərə dair məlumatlar toplayıb.

 

Faktla əlaqədar araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu