Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə Özbəkistan prezidenti Şavkat Mirziyoyev arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb.
Tokayev Şavkat Mirziyoyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Söhbət zamanı o, Qazaxıstan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda daha da dərinləşməsinə sadiq olduğunu təsdiqləyib.
Dövlət başçıları əvvəllər ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların praktiki icrası ilə bağlı fikir mübadiləsi aparıb, həmçinin qarşıdan gələn ikitərəfli tədbirlərin cədvəlini nəzərdən keçiriblər.