"ABŞ-ın Azov komandirlərinin Ukraynaya qayıtması ilə heç bir əlaqəsi yoxdur".
Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
"Düşünürəm ki, bu barədə sualı birbaşa prezident Ərdoğana vermək daha düzgün olardı. Biz iştirak etmədik və Ərdoğanın bu yolla nəyə nail olmağa çalışdığı barədə danışa bilmərik", - deyə Sallivan cavab verib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə səfərindən qayıdarkən Azov komandirlərini də özü ilə ölkəsinə aparıb.