Ermənistanda qızılcaya yoluxanların sayı 299 nəfərə çatıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yoluxma halları bir həftə ərzində 9 nəfər artıb.
"8 nəfər xəstəxanaya yerləşdirilib, daha 169 nəfər artıq xəstəxanalardan buraxılıb", - deyə məlumatda qeyd olunub.