"ABŞ Dövlət Departamenti əslində ölkə mediasına diktə edir ki, onlar nəyi yazsınlar və desinlər".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iddia edib.
"Dövlət Departamenti ABŞ mediasına rusların şüuruna hakimiyyətə qarşı güclü mübarizənin zəruriliyi ideyasını yeritmək vəzifəsi qoyub. Rusiya Federasiyası Dövlət Departamentinin “informasiya zibilinin üfunətli poliqonuna” çevrilməsindən təəssüflənir. ABŞ Dövlət Departamenti ölkənin ən böyük media holdinqlərinə Rusiya ətrafında baş verən hadisələrin təhrif olunmuş şəkildə əks olunması ilə bağlı təlimat göndərib", - Narışkin iddialarını davam etdirib.