Modern.az

Qazaxıstan və Özbəkistan sərhədlərin demarkasiyasını başa çatdırdı

Qazaxıstan və Özbəkistan sərhədlərin demarkasiyasını başa çatdırdı

10 İyul 2023, 15:18

Qazaxıstan və Özbəkistan dövlət sərhədlərinin demarkasiyası başa çatıb.

 

Modern.az "Zakon.kz"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.

 

"Saziş 2022-ci il dekabrın 2-də Daşkənddə iki dövlətin başçıları tərəfindən imzalanıb və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya edilib. Bu sazişin qüvvəyə minməsi dövlətin sərhədlərinin müəyyən edilməsi ilə bağlı 19 illik prosesin tam başa çatması deməkdir. Qazaxıstan və Özbəkistan arasında sərhədlər tam bəllidir”, - deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu