"Ukrayna ordusu Baxmutu atəş nəzarətində saxlayır".
Modern.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin general-polkovniki Aleksandr Sırski danışıb.
"Baxmut. Düşmən tələyə düşüb. Şəhər Müdafiə Qüvvələrinin atəş nəzarətinə götürülüb", - o qeyd edib.
"77-ci aviasiya briqadasının hərbçiləri səmərəli işləyərək Rusiya qüvvələrini darmadağın etdilər. İşlər davam edir. Baxmut istiqamətində düşmən mövqelərini darmadağın etməyə davam edirik", - Sırski vurğulayıb.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.