Modern.az

Lukaşenko da Mirziyoyevə telefon açdı - TƏBRİK

Lukaşenko da Mirziyoyevə telefon açdı - TƏBRİK

10 İyul 2023, 15:40

Belarus prezidenti Aleksandr Lukaşenko Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.

 

O, həmkarını Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində yenidən seçilməsi münasibətilə təbrik edib.

 

Prezidentlər ikitərəfli əməkdaşlığın gündəliyi üzrə məsələləri müzakirə ediblər.

 

Münasibətlərin inkişafında, o cümlədən ŞƏT, Aİİ və MDB kimi dövlətlərarası inteqrasiya birliklərinin potensialından istifadə etməklə, sürətin saxlanmasının vacibliyi qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu