NATO baş katibi Yens Stoltenberq Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük perspektivlərindən danışıb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, baş katib buna müsbət yanaşdıqlarını vurğulayıb.
"Türkiyənin Aİ-yə üzvlük hədəfini dəstəkləyirik. İsveç üçün Vilnüs sammitində müsbət qərarın çıxması hələ də mümkündür", - o bəyan edib.
Qeyd edək ki, Ərdoğan ölkəsinin İsveçin NATO üzvlüyünü dəstəkləmək üçün Ankaraya Aİ qapılarının açılması şərtini dilə gətirmişdi.