Modern.az

Şolts Ərdoğanın təklifinə reaksiya verdi - Əlaqəsi yoxdur

Şolts Ərdoğanın təklifinə reaksiya verdi - Əlaqəsi yoxdur

Dünya

10 İyul 2023, 16:56

"Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə İsveçin NATO-ya üzvlüyü arasında heç bir əlaqə yoxdur".

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifinə münasibət bildirərkən deyib.

 

Qeyd edək ki, bundan əvvəl Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzv olmasına yaşıl işıq yandırması üçün ölkəsinin Avropa İttifaqına üzvlüyü ilə bağlı qapıların açılmalı olduğunu vurğulamışdı.

 

NATO baş katibi Yens Stoltenberq Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəklədiklərini bəyan etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu