Modern.az

Sumı və Xarkov boşaldılır - Şəhərlər ruslara veriləcək?

Sumı və Xarkov boşaldılır - Şəhərlər ruslara veriləcək?

Dünya

10 İyul 2023, 17:32

Ukraynanın Sumı vilayətində beş kilometrlik sərhəd zolağında yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsi üçün hazırlıqlara başlanılıb.


Modern.az xəbər verir ki, bu barədə Sumı Regional Hərbi Administrasiyasının teleqram kanalı regionun rəhbəri Vladimir Artyuxa istinadən məlumat yayıb.

 

Onun sözlərinə görə, təxliyə qərarı hərbçilərin, rayon və ərazi icmalarının rəhbərlərinin məruzələrinin nəticələri əsasında sərhəd bölgəsində əməliyyat şəraitinin hərtərəfli təhlilindən sonra qəbul edilib.


Rusiya mətbuatında yer alan xəbərlərə əsasən, Ukrayna hakimiyyəti Sumı və Xarkov şəhərlərini təslim olmağa hazırlayır. Artıq iki şəhərdə iri müəssisələrin boşaldılmasına başlanıldığı deyilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi