Modern.az

Ukraynadan Almaniyaya çağırış: Mane olmayın!

Ukraynadan Almaniyaya çağırış: Mane olmayın!

Dünya

10 İyul 2023, 21:15

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanı Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müraciətinə mane olmamağa çağırıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, ARD kanalına müsahibəsində bildirib.

 

"Almaniya hökumətini 2008-ci ildə Ukraynanın NATO-ya inteqrasiyasına qarşı açıq şəkildə çıxış edən kansler Merkelin buraxdığı səhvləri təkrarlamamağa çağırıram. Bunun nəticəsi Rusiyanın daha aqressiv davranışı oldu - baxın Gürcüstan, Qərbə düşmənçilik və indi Ukraynaya təcavüz”, - Kuleba deyib.

 

Onun sözlərinə görə, artıq NATO üzvlərinin böyük əksəriyyəti Ukraynanın Alyansa daha tez qoşulmasını dəstəkləyir.

 

Qeyd edək ki, 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitində Almaniya və Fransa Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxış ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək