Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, görüş Vilnüsdə keçiriləcək NATO sammiti çərçivəsində baş tutub. Görüşün detalları açıqlanmayıb.
Qeyd edək ki, NATO sammiti iyulun 11-12 tarixlərində keçiriləcək.