Modern.az

Avstraliya Ukraynaya \"E-7A Wedgetail\" təyyarəsi verəcək

Avstraliya Ukraynaya \

11 İyul 2023, 11:56

Avstraliya Ukraynaya "E-7A Wedgetail" kəşfiyyat təyyarəsi göndərəcək.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, təyyarə Kiyev üçün humanitar və hərbi yükləri qoruyacaq.

 

Onun tədarükü 6 ay müddətinə planlaşdırılır. Bundan əlavə, 100 avstraliyalı ekipaj üzvü və yardımçı heyət göndəriləcək. Lakin təyyarə Ukrayna, Rusiya və Belarusun hava məkanında işləməyəcək.

 

Kəşfiyyat təyyarəsi havadan erkən xəbərdarlıq və idarəetmə platformasını təmin etmək üçün uzunmənzilli müşahidə radarı, ikinci dərəcəli radar və taktiki/strateji səs və məlumat sistemləri ilə təchiz edilib.

 

Təyyarə 4 milyon kvadrat metrdən çox ərazini əhatə edə bilər. Uçuş zamanı yanacaq doldurmaqla qeyri-məhdud uzaq məsafədə istifadə qabiliyyətinə malikdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu