Modern.az

İrəvanda vəkillər etiraz aksiyası keçirdi

İrəvanda vəkillər etiraz aksiyası keçirdi

11 İyul 2023, 12:18

Ermənistanda vəkillər 3 günlük etiraz aksiyasına başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Vəkillər Palatasının keçmiş rəhbəri Ara Zöhrabyan jurnalistlərə bildirib ki, onlar polis rəisi Aram Hovhannisyanın istefasını tələb edirlər və hüquq-mühafizə orqanları əməkdaşlarının zorakılıq hallarının artmasına qarşı mübarizə aparmaq niyyətindədirlər.

 

Qeyd olunub ki, bu, ilk aksiya deyil. Bundan əvvəl onlar İrəvanda döyülən vəkil Alaverdyanı dəstəklədiklərini bəyan edərək tədbir keçiriblər. Daha əvvəl başqa iki vəkil zorakılığa məruz qalıb.

 

İşgəncə Qurbanlarına Beynəlxalq Dəstək Günündə vəkillər bir günlük məhkəmə iclaslarını boykot ediblər.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu