"Ukrayna sammitdə NATO-ya üzv olmaq üçün dəvət almayacaq. Amma bu dəvətin necə alınacağı ilə bağlı prosedur hazırlanacaq".
Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Litvanın NATO-dakı səfiri Deividas Matulionis deyib.
Ukraynanın yalnız müharibə bitdikdən sonra NATO-ya üzv ola biləcəyi ifadəsinin Rusiyanı qəsdən hərbi əməliyyatları uzatmağa sövq edə biləcəyi ilə bağlı suala Matulionis belə cavab verib:
“Bu, zirvə toplantısında deyilməyəcək, çünki bizə də bunun nə demək olduğu aydındır”.