"NATO İsveç və Finlandiya ərazisini hərbi baxımdan inkişaf etdirməyə hazırlaşır".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın XİN başçısı Sergey Lavrov bildirib.
"Hərbi alyansın infrastrukturunun Rusiya Federasiyasının sərhədləri yaxınlığında yerləşdirilməsi müzakirə edilir. Rusiya NATO-nun niyyətləri ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi üçün hansı tədbirləri görəcəyini və onları praktikada necə həyata keçirməli olduğunu bilir", - deyə nazir əlavə edib.