Türkiyədə güclü sel 1 nəfərin həyatına son qoyub.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Zonquldakda qeydə alınıb.
Ordu vilayətində 1, Giresunda 1 nəfər olmaqla, 2 nəfər itkin düşmüş hesab edilir.
Hazırda axtarışlar davam edir və təbii fəlakətin yaratdığı fəsadlar aradan qaldırılır.