Modern.az

Ermənistanla ümumi milli təhlükəsizlik maraqlarımız var - İran səfiri

Ermənistanla ümumi milli təhlükəsizlik maraqlarımız var - İran səfiri

Dünya

11 İyul 2023, 17:24

"Ən mühüm, daha doğrusu siyasi və strateji məsələlərdə biz müntəzəm təmasların yüksək səviyyədə davam etdirilməsinin, qarşılıqlı etimad və hörmətin güclənməsinin şahidi olduq".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı keçmiş səfiri Abbas Bədəxşan Zohuri “Orbeli” analitik mərkəzindəki müsahibəsində deyib.

 

"Ən mühüm hadisə İranın Qafanda Baş Konsulluğunun açılışıdır. Ölkələr arasında əmtəə dövriyyəsi 40%-dən çox artaraq 700 milyon dolları ötüb. Beynəlxalq və regional səviyyədə dərin dəyişikliklər baş verir ki, bu da gözlənilməz imkanlara və çağırışlara səbəb ola bilər. İran və Ermənistanın milli təhlükəsizlik sahəsində ümumi maraqları və narahatlıqları var. Şimal-Cənub proqramının həyata keçirilməsi digər ölkələrin diqqətini cəlb edən İran və Ermənistan vasitəsilə Fars körfəzi-Qara dəniz tranzit dəhlizinin işə salınmasına töhfə verəcək", - o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu